Xəzər Xəbər

Saçların ağarması nə ilə əlaqədardır?

Cəmiyyət | 10:29 • 12 Noyabr 2018
Saçların ağarması nə ilə əlaqədardır?

Bəzən saçların ağarması qocalmanın siqnalı kimi qəbul edilir. Bu, nə dərəcədə doğrudur? Əvvəlcədən bunun normal təbii proses olduğunu qəbul etmək lazımdır. Bu proses gec və ya tez hər kəsdə baş verir. Lakin saçlarda ilk ağ tüklərin 30-35 yaşlarında görünməsi normal hal hesab edilir. 50 yaşlarında isə həmin prosesin sürətlənməsi müşahidə olunur.

XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, dermatoloqlar saçların tez ağarmasını müxtəlif səbəblərlə izah edirlər. Bu, həm irsi, həm də əsəb, stress və depressiya problemlərindən yarana bilər. Saçların ağarması dəri xəstəliyi - dəmrov və s. nəticəsində də baş verir.

Melanin piqmentinin az və ya çoxluğundan asılı olaraq saçlar şabalıdı, kürən və qara rənglərdə olur. Saçların ağarmasına da həmin piqmentin çatışmazlığı səbəb olur, yəni yaş ötdükcə piqmentlərin sayı azalır. Ağarma prosesi irsi olmayan faktorla bağlı olanda dəridə müxtəlif xəstəliklər fonunda baş verir. Dermatoloq və trixoloqların fikrincə, orqanizmdə və ya qanda hansısa element çatışmayanda ya melanin istehsal olunmur, ya da az istehsal olunur. Melanin tük follikuluna çatmayanda da həmin proses baş verir. Sink, selen və digər mikroelementlərinin çatışmaması, qanda anemiya olması da ağarmaya səbəb olur.

Saçların ağarması səbəbini müəyyən edib qabaqlayıcı tədbir görmək mümkündür.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024