Xəzər Xəbər

Biləsuvar rayonunda brakonyerlər saxlanılıblar

Cəmiyyət | 15:56 • 24 Oktyabr 2018
Biləsuvar rayonunda brakonyerlər saxlanılıblar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Biləsuvar rayonunda icazəsiz ov edən şəxsləri saxlayıblar.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin rayon sakinləri Vaqif Əliyev və Rauf Əliyev olduğu müəyyənləşib. Onlardan iki ov tüfəngi və ovlanmış cürə quşu götürülüb.


Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən, ümumilikdə, 2005 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Xəbər lenti

Çox oxunanlar