Xəzər Xəbər

DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yayıb

Cəmiyyət | 13:53 • 17 Oktyabr 2018
DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipində) yerləşdirilən məlumatların oxunmasına dair bəzi məsələlərə aydınlıq gətirib.

İdarədən xezerxeber.az-a bildirilib ki, cari il sentyabrın 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb və qanunvericiliyə əsasən onun əsas özəlliklərindən biri də həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatların elektron daşıyıcıda (çipdə) yerləşdirilməsidir.

Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar ötən aydan Daxili İşlər Nazirliyinin, eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilsə də, təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir, nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi aidiyyəti orqanlara, o cümlədən mülkiyyət növündən, təyinatından və idarəetmə formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlara, bank-maliyyə qurumlarına, digər hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək onları yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) yerləşdirilmiş məlumatların oxunması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır.

Bu məqsədlə hüquqi və fiziki şəxslər zəruri faylları Daxili İşlər Nazirliyinin (www.mia.gov.az) və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxuya və zərurət olduqda eksport edə bilərlər.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024