Xəzər Xəbər

Sürüşmə sahəsində müşahidələr davam etdirilir

Cəmiyyət | 16:25 • 13 Oktyabr 2018
Sürüşmə sahəsində müşahidələr davam etdirilir

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında yaradılan qərargah tərəfindən Badamdar sürüşmə sahəsində növbətçılık əsasında mütəmadi müşahidələr aparılır. Hazırda sürüşmə sahəsində aktivlik davam edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Badamdar sürüşmə sahəsində oktyabrın 1-də aparılan monitorinq zamanı sürüşmə kütləsinin üzərində yeni çatların, qırılmaların, gölməçələrin və inşa edilmiş istinad divarında deformasiyaların əmələ gəldiyi müşahidə edilib. Sürüşmə sahəsinin aktivləşməsi barədə Nazirlər Kabinetinə və aidiyyəti icra strukturlarına məlumat verilib və nazirliyin əməkdaşları ərazidə növbətçilik təşkil edərək mütəmadi müşahidələr aparıblar. Ötən gün isə həmin sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub.


Qərargahdan verilən məlumata görə, bu gün saat 07:50-də sürüşmə kütləsi hərəkətə gələrək avtomobil yoluna tökülüb. Saat 09:00-da isə istinad divarı 5-7 metr aşağıya doğru hərəkət edib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024