Xəzər Xəbər

Qəza törədən baş həkim danışdı - “Deyirdilər ki, o elə ölməyə layiq idi”

Cəmiyyət | 14:27 • 11 Oktyabr 2018
Qəza törədən baş həkim danışdı -

Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vuran baş həkim Arif Yunusov hadisəyə münasibət bildirib.


A. Yunusov "Qafqazinfo”ya müraciətində qeyd edib ki, o, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının yox, 16 saylı TTYS-nın baş həkimidir: "Bu hadisə sentyabrın 28-də axşam saat 19:30-da baş verib. Piyada Yəhya Məmmədov küçələrdə yaşayan bomj və alkoqolik olub. Bordürdən səkiyə qalxmaq istəyəndə içkili olduğu üçün arxa üstə yıxılaraq başı maşınım padpresinə dəydi. 30-40 sürətlə getdiyim halda bu hadisə başıma gəldi. Çünki dar bir yoldur. Mənə camaat dedi ki, ona kömək etməyim. Elə hadisə yerindəcə qoyum gedim. Deyirdilər ki, o elə ölməyə layiq idi. Heyf ki qanı gəlib mənə toxundu.


Ancaq mən insanlıq və həkimlik borcumu yerinə yetirdim. Hadisə yerinə həkim, polis və təhqiqatçı çağırdım.


O, yüngül beyin silkələnməsi və aşağı qamış sümüyünün sınığı diaqnozu ilə 12 gün xəstəxanada yatıb. Qanında həmin gün 2,9 faiz etanol çıxmışdı. Bu 12 gün ərzində ona xəstəxanada hər gün baş çəkmişəm. Özünə də gəlmişdi, danışırdı. Ölüm diaqnozu isə ağciyər və böyrək çatışmazlığından baş verdi. Qəzayla heç bir əlaqəsi yoxdur”.


Baş həkim əlavə edib ki, mərhumun ailəsi də ondan şikayətçi deyil: "Bir bacısı var, kasıb ailədir. Digər qardaşı da alkoqolikdir. Onun bütün dəfn və yas xərclərini özüm qarşılamışam. Ailəsi deyir ki, bu başqa vaxt ölsəydi, meyidi onsuz imkansızlıqdan yerdə qalacaqdı”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024