Xəzər Xəbər

Bu xəstəliklərin sayı sürətlə artır

Cəmiyyət | 12:28 • 11 Oktyabr 2018
Bu xəstəliklərin sayı sürətlə artır

Dünyada bütün ölkələrdə psixi xəstəliklərin sayında artım müşahidə edilir. Bu pozuntuların iqtisadiyyata vuracağı ziyanın trilyon dollarları aşacağı bildirilir.


Bu barədə psixiatriya, nevroloji xəstəliklərlə məşğul olan 28 mərkəz və qruplar tərəfindən hazırlanan Lancet Komissiyasının hesabatında bildirilib.

Hesabatı hazırlayanlardan Harvar Tibb Məktəbinin professoru Vikram Patel psixoloji problemlərin artmasının cəmiyyət və iqtisadiyyata ciddi təsir edəcəyini vurğulayıb.

Patel son 25 ildə cəmiyyətdə yaşlı təbəqənin artmasının psixi xəstəliklərin də nəzərəçarpacaq şəkildə irəlilədiyini bildirib.

"Vəziyyət çox pisdir, amma heç bir ölkə bu sahəyə vəsait ayırmaq istəmir. Heç bir xəstəlik psixi sağlamlıq qədər diqqətdən kənarda qalmayıb”.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan araşdırmalara görə dünya miqyasında təxminən 300 milyon insan depressiyadan əziyyət çəkdiyini, 50 milyon insanın qocalma, 23 milyon insanın şizofreniya, 60 milyon insanın isə bipolyar pozuntudan əziyyət çəkdiyi bildirilir.

Məlumatda bildirilir ki, bu xəstəliklərə qarşı mübarizə aparılmadığı halda 2010-2030-cu illərdə onlar dünya iqtisadiyyatına 16 trillion ziyan vuracaq. (Publika.az)

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024