Xəzər Xəbər

Bərdədə ailənin 10-cu uşağı dünyaya gəldi

Cəmiyyət | 15:11 • 20 Sentyabr 2018
Bərdədə ailənin 10-cu uşağı dünyaya gəldi

Bərdədə ailənin 10-cu övladı doğulub.

Rayonun Yenidaş kənd sakinləri Vüsal və Gülnar Qurbanovların yeni doğulan uşağı oğlandır.

14 ildir, qurulan ailənin bundan əvvəl 9 uşağı olub. Onlardan 4-ü qız, 5-i isə oğlandır.

Vüsal Qurbanov övladlarını pay torpaqlarını becərməklə və əlavə olaraq, toy şənliklərində operator kimi çalışmaqla dolandırdığını deyib: "Yoldaşım evdar qadındır. Vəziyyəti yaxşıdır. Ümumiyyətlə, bütün uşaqlar sağlamdır”.

Vüsal Qasımov uşaqların sayının çox olmasını Azərbaycan sözü ilə əlaqələndirib: "Azərbaycan sözünün hər hərfinə görə bir övlad dünyaya gətirdik”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024