Xəzər Xəbər

Yolu "Bakmil"dən düşənlərin nəzərinə!

Cəmiyyət | 16:12 • 21 Avqust 2018
Yolu "Bakmil"dən düşənlərin nəzərinə!
Qurban bayramında (22-23 avqust) və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək.


"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.


Qeyd edilən tarixlərdə sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.

Xəbər lenti

Çox oxunanlar