Xəzər Xəbər

Xəzəri çirkləndirənlərə qarşı reyd keçirilir

Cəmiyyət | 10:40 • 10 Avqust 2018
Xəzəri çirkləndirənlərə qarşı reyd keçirilir

Xəzər dənizi problemləri içərisində dəniz suyunun çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son zamanların ən mühüm problemlərindəndir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun sahillərində, hövzəsində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin tullantı suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.


Respublikanın sahil zolağında yerləşən rayonların əksəriyyətində tullantı sularının təmizlənərək dənizə axıdılması üçün təmizləyici qurğular quraşdırılmadığından və ya quraşdırılan qurğuların fəaliyyətləri qənaətbəxş olmadığından qeyd edilən ərazilərdə formalaşan müxtəlif tərkibli qarışıq tullantı suları təmizlənmədən təbii axarlara və Xəzər dənizinə axıdılır. Bu da həmin rayonların sahil zolağının rekreasiya əhəmiyyətli və digər sahələrində ərazilərin ekoloji vəziyyətinin pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir.


Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən artıq Xaçmaz, Lənkəran rayonları və Sumqayıt şəhərinin sahil zonalarında reydlər başa çatıb. Hazırda reydlər Bakı şəhərinin inzibati rayonlarının sahil zolağında davam etdirilir.


Reydlər zamanı qanunvericiliyin tələblərinə riayət etməyən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar