Xəzər Xəbər

İnternetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlanıb

Cəmiyyət | 14:30 • 18 İyul 2018
İnternetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlanıb

Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə aparılması məqsədilə xüsusi ekspert qrupunun hazırladığı kodeks layihəsini dərc edib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, layihədə yer almış beş mühüm istiqamət əsasında Avropa Komissiyası onlayn dezinformasiya həcmini xeyli dərəcədə azaltmağı planlaşdırır. Bu sıraya reklam yerləşdirilməsinin təhlilinin daha da yaxşılaşdırılması, siyasi reklamda şəffaflığın artırılması, pullu kontentin yayılması, feyk akkaunt və botların aşkar edilməsi və pozulması üzrə platforma imkanlarının (o cümlədən sosial şəbəkələr) genişləndirilməsi, istifadəçilərin alternativ informasiya mənbələri tapması üçün axtarışın sadələşdirilməsi məsələləri daxildir.


Kodeks Avropa Komissiyası tərəfindən sentyabrın sonunda təsdiq edilməlidir.


Bununla yanaşı, sənəddə feyk informasiyanın dəqiq müəyyənləşdirilməsi və onu alternativdən ayırma məsələləri əksini tapmayıb. Bu problem Avropa KİV-lərində getdikcə daha geniş yayılır. Belə ki, alternativ nöqteyi-nəzər avtomatik olaraq feyk kimi təsnif edilir. Bir çox ekspertlər isə feyklərə qarşı mübarizə kampaniyasının senzura təsisatlarına çevrilmə riski barədə xəbərdarlıq edirlər.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024