Xəzər Xəbər

Avropa İttifaqı elmi və innovativ tədqiqatlara 100 milyard avro ayıracaq

Cəmiyyət | 09:55 • 18 İyul 2018
Avropa İttifaqı elmi və innovativ tədqiqatlara 100 milyard avro ayıracaq

Avropa İttifaqı (Aİ) 2021-2027-ci illərdə "Horizon Europe” adlı çərçivə proqramı vasitəsilə elmi və innovativ tədqiqatlara 100 milyard avro vəsait ayıracaq. Bu barədə qərar Avropa İttifaqı ölkələrinin elm və tədqiqat üzrə nazirlərinin Vyanada keçirilən toplantısında qəbul edilib.


AZƏRTAC xəbər verir ki, İttifaq ölkələri nazirləri ilə yanaşı, Aİ-nin elm, tədqiqat və innovasiyalar üzrə məsul komissarı Karlos Moedas da iştirak edib. O bildirib ki, tədqiqatlara və innovasiyalara böyük həcmdə investisiya yatırmağın prioritet istiqamətə çevrilməsi Avropa üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu proqramın qəbulu gələcəkdə Avropa ölkələrinə yüksək ixtisaslı kadrların hazırlanması və iş yerlərinin açılmasında xüsusi rol oynayacaq.


Aİ-yə sədrlik edən Avstriyanın tədqiqatlar üzrə naziri Haynts Fassmann mətbuata açıqlamasında bildirib ki, toplantıda qəbul edilən çərçivə proqramı öz büdcəsinə görə dünyada tədqiqat və innovasiyalara ayrılmış ən böyük proqramdır. Bu proqramın əsas hədəfi yaxın gələcəkdə ümumdünya texnoloji inkişaf və innovasiyalar bazarında Avropanın mövqelərini ABŞ-a və Çinə qarşı möhkəmləndirməkdir.


Qeyd edək ki, Avropa Komissiyası bu il iyunun 7-də Aİ-nin tədqiqat və innovasiya üzrə 9-cu çərçivə proqramını təqdim edib. Təklif olunan proqramın maliyyə həcmi hazırda qüvvədə olan "Horizon 2020” (2014-2020-ci illər üzrə dövr) ilə müqayisədə 23 milyard avro çoxdur.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024