Xəzər Xəbər

Ağacları kütləvi şəkildə qırdılar - Hadisəni Baş Prokurorluq araşdıracaq

Cəmiyyət | 10:19 • 16 İyul 2018
Ağacları kütləvi şəkildə qırdılar -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Qumlaq bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində köküstə yaş 22-82 sm diametrliyində 8 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Oğuz rayon sakinləri Elnur Abduyev, Elmar Abduləzizov və İmran Əhmədov tərəfindən kəsildiyi müəyyən edilib.


Quba rayonu ərazisində keçirilən reyd zamanı Quba-Xaçmaz avtomobil yolunun 5-ci kilometrliyində köküstə yaş 16-50 sm diametrliyində 36 ədəd müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 17630 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Quba rayon sakini İmran İlyasov tərəfindən kəsildiyi məlum olub.


Gədəbəy rayonu ərazisində keçirilən reyd zamanı köküstə yaş 4-20 sm diametrliyində 28 ədəd yemişan ağacının kəsildiyi və təbiətə 3690 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Gədəbəy rayon sakini Polad Məmmədov tərəfindən kəsildiyi müəyyən edilib.


Füzuli rayonu ərazisində keçirilən reyd zamanı rayonun Alıxanlı kəndi ərazisində köküstə yaş 40-66 sm diametrliyində 8 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 8100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Füzuli rayon sakini Alxan Quliyev tərəfindən kəsildiyi məlum olub.


Faktlarla bağlı aktlar tərtib edilib və dəymiş ziyanların məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024