Xəzər Xəbər

Nazirlik: Müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var

Cəmiyyət | 13:31 • 7 İyun 2018
Nazirlik: Müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var

"Müəllimlərin 90 faizdən çoxu diaqnostik qiymətləndirməyə cəlb olunub. Hazırda diaqnostik qiymətləndirməyə hər hansı səbəbdən bu prosesdə iştirak edə bilməyənlər qatılır".


Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmənin nəticələri göstərir ki, müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var: "Müəllimlər 3-5 ildən bir diaqnostik qiymətləndirmədən keçməlidir. Diaqnostik qiymətləndirmə böyük ehtimalla müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq".

E. Əmrullayev qeyd edib ki, müəllimlərin sertifikasiyası ilə bağlı qaydalar hazırlanacaq: "Bunun üçün isə ilk olaraq bu məsələ qanunvericiliyə daxil edilməlidir".

Xəbər lenti