Xəzər Xəbər

`Xətai` metrostansiyası payızda təmirə bağlanacaq

Cəmiyyət | 13:07 • 7 İyun 2018
`Xətai` metrostansiyası payızda təmirə bağlanacaq

"Xətai” metrostansiyası payız aylarında təmirə bağlanacaq.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təmir zamanı stansiyanın yerüstü vestibülü və eskalatorları dəyişdiriləcək. ""Xətai” stansiyası bu ilin oktyabr-noyabr aylarında təmir bağlanacaq. "Bakmil” stansiyasında aparılan təmir işlərində isə maksimum olaraq sərnişin daşınmasında problem olmamasına çalışırıq. Bilirsiniz ki, Metropolitenimiz elə bir şəraitdədir ki, istər-istəməz sərnişinlərin hərəkətinin təminatında məhdudiyyətlər yaranır. Elə olur ki, məhdudiyyət yaranmadan biz bu təmir işlərini aparırıq.” – deyə sədr müavini qeyd edib.

Qeyd edək ki, "Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib. Stansiyada olan eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, bu il həmin eskalatorlar 50 illik istismar müddətini başa vurur./apa

Xəbər lenti