Xəzər Xəbər

Daha iki müəllim imtahanda 60 bal topladı - FOTO

Cəmiyyət | 12:39 • 31 May 2018
Daha iki müəllim imtahanda 60 bal topladı -

Təhsil Nazirliyi mayın 26-dan orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirir.

Modern.az-ın məlumatına görə, 29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib.


Diaqnostik qiymətləndirilmədə daha iki müəllim ən yüksək nəticə göstərib.



60 bal toplayanlardan biri Leyla Paşayevadır. Gənc müəllim təəssüratlarını Modern.az-la bölüşüb.


"İmtahan öncəsi çox həyəcanlı idim. Eyni zamanda, ən yüksək nəticə göstərməklə bağlı içimdə bir ümid də vardı. Qarşıma 60 bal toplamağı hədəf olaraq qoymuşdum. Müəllimlərin diaqnostik qiymətləndirməsi üzrə keçirilən imtahanlara ilk dəfə idi ki, qatılırdım. Əslində, 2007-ci ildən müəllim kimi fəaliyyət göstərirəm. Hazırda Kəlbəcər rayonu 97 saylı məktəbdə ingilis dili müəllimi işləyirəm. Peşəmi və uşaqlarla işləməyi çox sevirəm. 60 bal topladığıma görə iş yerimi dəyişmək barədə düşünürəm. Güman ki, Bakı məktəblərinin birində işləmək üçün sənədlərimi verəcəm”.


Qəbələ rayonu Vəndam kəndindəki 1 nömrəli məktəbin ingilis dili müəlliməsi Mədinə Qasımova da yüksək nəticə göstərdiyinə görə çox sevinir:

"Ucqar kənddə çalışsam da, 60 bal toplaya bildim. Yaxşı çalışanda yüksək nəticə əldə etmək olur. Birinci dəfə idi ki, müəllimlərin imtahanına qatılırdım və istədiyim nəticəni əldə edə bildim. Orta məktəbdə uzun illərdir ki, müəllim işləyirəm. Güman ki, məktəbimi dəyişmək barədə düşünəcəm”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024