Xəzər Xəbər

Azərbaycanda vərəmlə xəstələnmə göstəricisi enib

Cəmiyyət | 14:38 • 6 May 2018
Azərbaycanda vərəmlə xəstələnmə göstəricisi enib

Azərbaycanda 2010-cu ildə vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfər əhaliyə 53 idisə, hazırda bu rəqəm 39-a enib.


Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) direktoru, protessor Həqiqət Qədirova deyib.


Onun sözlərinə görə, ölkədə ilkin aşkarlanmış vərəm hallarında da 21 faiz azalma müşahidə olunur. Vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə müasir üsulların tətbiqi, xəstələrin dərman preparatları ilə təminatı və s. hesabına vərəmdən ölüm hadisələri da azalır. 2010-cu ilə müqayisədə vərəmin gecikmiş və yayılmış formalarının sayı da 2 dəfə azalıb.


H.Qədirova qeyd edib ki, ölkənin 3 bölgəsində — Gəncə, Quba və Zaqatalada institutun mikrobioloji laboratoriyaları işə salınıb. Mingəçevir, Xaçmaz, Sabirabad, Lənkəran, Şəki, Yevlax va s. rayonlarda da yeni laboratoriyalaпn təşkili planlaşdırılır.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan həmin xəstəlikdən vəfat edir. Hesablamalara görə, vərəm dünya üzrə ən çox ölümə səbəb olan 10 xəstəlikdən biridir.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024