Xəzər Xəbər

1 söyüd ağacı 400 manata başa gəldi Qusarda reyd

Cəmiyyət | 18:14 • 5 May 2018
1 söyüd ağacı 400 manata başa gəldi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə XəzərXəbər-ə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Qusar rayonunun Yasab kəndi ərazisində yaş köküstə 40 sm diametrliyində 1 ədəd söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib. Ağacı kəsənin şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Faktla bağlı akt tərtib olunub və təbiətə 400 manat ziyan dəydiyi müəyyən edilib.

Qanun pozucusunun müəyyən edilməsi üçün Qusar rayon Polis Şöbəsinə məktub göndərilib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024