Xəzər Xəbər

O bulyonları yeməklərə qatmayın – XƏSTƏLİK YARADIR

Cəmiyyət | 12:25 • 30 Aprel 2018
O bulyonları yeməklərə qatmayın –

Ətsiz yeməklər və ya şorbalar bişirəndə həmin xörəyin içinə, adətən, mağazalarda satılan hazır ət bulyonları alıb qatırıq. Bu bulyonlar yeməklərimizə ətir və dad qatsa da, sağlamlıq baxımından zərərlidir. Ailem.az bir çox xəstəliyə səbəb olduğu deyilən ət və toyuq bulyonlarının sağlamlığa zərərini sadalayır.

Ət bulyonlarının səbəb olduğu xəstəliklər arasında parkinson, epilepsiya, köklük və alzheimer kimi əhəmiyyətli sağlamlıq problemləri var. Ət və toyuq bulyonlarının bu qədər çox zərərli olmasının səbəbi isə tərkibində yer alan mono sodium qluatamat (MSG) maddəsidir.


MSG nədir?



MSG ləzzət artırıcı təsiri olan bir məhsuldur. Çin duzu olaraq bilinən bu məhsul çox istifadə edildiyi təqdirdə sinir hüceyrələrinə zərər verir, qaraciyəri zədələyir.


MSG həmçinin aşağıda sadalanan sağlamlıq problemlərinə yol açır :


- Sinir hüceyrələrinə zərər verir


- Yağ yığıntısı ilə birlikdə köklük, qaraciyər zədəsi, diabet, insulin artımı kimi sağlamlıq problemlərinə səbəb olur.

- Epilepsiya (sara) xəstəliyinə səbəb olur.

- Mərkəzi sinir sisteminə zərər verərək alzheimer, parkinson, huntinqton xəstəliklərinin yaranmasına səbəb olur.


Hamiləlikdə zərərlidir



Tərkibində MSG olan məhsullar arasında çips, ət bulyonları, dondurma, hazır şorba və rəngli yoqurtlar yer alır. Bu məhsulların, xüsusilə, hamiləlik dövründə istifadəsi çox təhlükəlidir. Hamiləlkdə bu məhsuldan istifadənin ən böyük zərəri plasentanı keçərək, birbaşa uşağa zərər verməsidir.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024