Əlbəttə, çoxumuz soğanları soyub qabıqlarını zibilliyə atırsınız. Bu yazını oxuduqdan sonra soğan qabıqlarını bir daha zibilliyə atmayacağınıza əminik. Avropada hər il 500 tona yaxın soğan qabığı tullanır. Ancaq soğan qabıqlarının faydalarını öyrəndikdən sonra bu rəqəm artıq aşağı düşəcək və soğan qabıqları zibilliyə bu qədər atılmayacaq.
XəzərXəbər lent.az-a istinadən soğan qabıqlarının heç vaxt eşitmədiyiniz faydaları ilə sizi tanış edir.
Ürək-damar xəstəliklərinə qarşı qoruyur
Aparılan araşdırmalar sübut edib ki, soğan qabıqları antioksidant
anbarıdır. Qan axımını sürətləndirərək, ürək-damar xəstəliklərinə
tutulma riskini ortadan qaldırır.
Xolesterolu tarazlayır
Mütəxəssislər deyir ki, çiy soğanı və soğan qabıqlarının müxtəlif
formalarda yemək, yüksək nisbətdə olan yağ zülalı xaric etməyə kömək
olur və xolesterolu nizamlayır. Təcrübəyə qatılan və soğan qabığı yeyən
insanların 30%-nin xolesterolu nizamlanıb.
Təzyiqi normallaşdırır
Aparılan araşdırmalarda soğan qabığının tərkibindəki mineralların
təzyiqə yaxşı təsir etdiyi və təzyiq xəstəliyi olan insanları müalicə
etdiyi ortaya çıxıb.
Xərçəng və diabetə mane olur
Tədqiqatçı Vanesa Benitez müəyyən edib ki, soğan qabığı yemək sütun
xərçəngi, 2-ci tip diabet və ürək-damar xəstəliklərinin qarşısını alır.
Saç çıxmasına kömək olur
Araşdırmalarda tərkibində sulfid olan soğan qabığının saç köklərini
gücləndirdiyi və saçların uzanmasını sürətləndirdiyi sübut olunub.
Soğan qabığını necə yemək olar?
Ayırdığınız soğan qabıqlarını soyuq suda yaxşıca yuyub təmizləyin. Sonra
qaynar suyun içinə ataraq 5 dəqiqə qaynadın. Sonda suyunu içə
bilərsiniz. Eyni zamanda, soğan qabıqlarını yeməklərinizə və ya
salatlarınıza da əlavə edə bilərsiniz.