Xəzər Xəbər

Diqqət: "Elektrik enerjisindən istifadə Qaydaları" dəyişdi

Cəmiyyət | 15:12 • 30 Mart 2018
Diqqət:

Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklər edib

Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"na bir sıra dəyişikliklər edib.

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi istismara buraxılış aktına əsasən həyata keçiriləcək.

Habelə digər dəyişikliyə görə, qaydaların 6.2.-ci bəndi ("Dövlət Enerjinəzarət" İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyul tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə"yə uyğun olaraq fəaliyyət göstərir) ləğv edilib.

Qaydalara 1 nömrəli əlavə— "Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-ci hissəsində, 2 nömrəli əlavə— "Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra— abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində, 3 nömrəli əlavə— "Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra— abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində "Dövlət Enerjinəzarət” İdarəsinin” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin” sözləri ilə əvəz edilib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024