Xəzər Xəbər

Ölkəmizə gələn əcnəbilərin sayı 12,3 faiz artıb

Cəmiyyət | 09:49 • 8 Mart 2018
Ölkəmizə gələn əcnəbilərin sayı 12,3 faiz artıb
Azərbaycana cari ilin yanvar ayında 185 913, fevral ayında isə 166 161 nəfər xarici vətəndaş gəlib.


XəzərXəbər Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, 2 ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 074 təşkil edib. Onlardan 103 245 Rusiya, 87 649 Gürcüstan, 48 657 Türkiyə, 28 111 İran, 13 064 Birləşmiş Ərəb Əmirlikləri, 71 348 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 29.3 faiz, 24.8 faiz, 13.8 faiz və 7.9 faiz təşkil edib.

2017-ci ilin 2 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 313 418 təşkil edib ki, onlardan 159 262 nəfəri yanvar ayında, 154 156 nəfəri isə fevral ayında gəlib. Ötən ilin 2 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Azərbaycana 38 656 (12,3 faiz) nəfər çox xarici vətəndaş gəlib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024