Xəzər Xəbər

Azərbaycanda uzunömürlülük laboratoriyası yaradıla bilər

Cəmiyyət | 10:37 • 16 Fevral 2018
Azərbaycanda uzunömürlülük laboratoriyası yaradıla bilər

Səhiyyə Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) uzunömürlülər üzrə birgə laboratoriyası yaradıla bilər.

Bunu AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxış edən Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Azərbaycanda uzunömürlü insanların sayı artıb: "Tibb elmi Akademiyada əsaslı şəkildə inkişaf edib, Azərbaycanda çox güclü tibb elmi məktəbləri yaradılıb".

Akademiya prezidenti əlavə edib ki, elmi tədqiqatların gələcək inkişafı bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlıdır. Bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu deyən akademik AMEA ilə Səhiyyə Nazirliyi arasında cihaz və avadanlıqların istifadəsi sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsini vacib sayıb.

O qeyd edib ki, tibb sahəsində kompüter texnologiyası geniş istifadə edilməlidir.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024