Xəzər Xəbər

Naxçıvanda avtobuslar GPS sistemi ilə izlənilir

Cəmiyyət | 12:54 • 17 Yanvar 2018
Naxçıvanda avtobuslar GPS sistemi ilə izlənilir

Naxçıvan-Bakı marşrutunda işləyən bütün avtobuslara Naxtel-4G GPS monitorinq izləmə sistemi quraşdırılıb. Ümumilikdə, bu günə qədər 50 avtonəqliyyat vasitəsinə GPS-in quraşdırılması başa çatdırılıb, Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobus və taksilərə isə bu sistemin quraşdırılması işləri davam etdirilir.

XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, il ərzində qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələrinin müəyyən olunması üçün mütəmadi olaraq reydlər keçirilib. Bu zaman 330 avtonəqliyyat vasitəsi sahibinin bu işlə qanunsuz məşğul olduğu müəyyən edilib. Həmin şəxslərlə aparılan profilaktik işlər nəticəsində onlardan 57 nəfəri yük və ya sərnişindaşıma fəaliyyətinə icazə verilməsi üçün müqavilə bağlamağa cəlb edilib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024