Xəzər Xəbər

Azərbaycanda 10 yeni xalça fabriki açılacaq

Cəmiyyət | 12:19 • 11 Yanvar 2018
Azərbaycanda 10 yeni xalça fabriki açılacaq

"On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır".

XəzərXəbər xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu da minlərlə iş yeri deməkdir:

"Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur".

Xəbər lenti