Xəzər Xəbər

Sığortasız sürücülüklə bağlı rekord məbləğdə kompensasiya ödənildi

Cəmiyyət | 17:10 • 17 Oktyabr 2017
Sığortasız sürücülüklə bağlı rekord məbləğdə kompensasiya ödənildi

Cari il martın 9-da Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan "Ford” markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.

İcbari Sığorta Bürosundan verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü maddəsinin tələblərinə əsasən büro tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin Qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.

Qeyd etmək lazımdır ki, sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İcbari Sığorta Bürosunun tarixində qeydə alınmış rekord göstəricidir.

İcbari Sığorta Bürosu tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir. Kompensasiya ödənişlərinin verilməsinin şərtləri və qaydası ilə ətraflı büronun veb-saytında (www.isb.az/kompensasiya-odenisi), həmçinin mövzuya dair hazırlanmış və büronun veb-saytında yerləşdirilmiş maarifləndirici məqalədə tanış olmaq mümkündür./Banker.az

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024