Xəzər Xəbər

Ana ölümünün əsas səbəbləri açıqlandı

Cəmiyyət | 13:18 • 17 Oktyabr 2017
Ana ölümünün əsas səbəbləri açıqlandı

Ana ölümünün əsas səbəbləri qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HEELP sindromu, sepsis və mamalıq emboliyalarıdır.

Trend-in məlumatına görə, bunu Bakı Sağlamlıq Mərkəzinin Doğum şöbəsinin Reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradan-Quliyev deyib.

Onun sözlərinə görə, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır.

R.Yaradan-Quliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gündə hər bir dəqiqədən bir 1600, ildə 500000-dən çox ana ölümü qeydə alınır. İnkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur.

Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb.

O bildirib ki , 2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb.

Onların 1966 və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024