Xəzər Xəbər

Ölkədə kəskin virus yayılıb: Necə qorunaq?

Cəmiyyət | 10:54 • 17 Oktyabr 2017
Ölkədə kəskin virus yayılıb:

Hazırda qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Havaların soyuması ilə Azərbaycanda da bu virusa yoluxma halları həddən çox artıb.

XəzərXəbər xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının həkim-terapevti Arzu Musayeva ölkədə yayılan kəskin virusla bağlı danışarkən deyib. A.Musayeva bildirib ki, dünyada bu virusların infeksiya sayı artdığı üçün daha ağır formada müşahidə edilir:

"Havanın temperaturu aşağı endikcə respirator virusların artması müşahidə edilir. Ancaq bu virusların təsirləri ildən ilə dəyişir. Xəstəliyin kəskinləşməsinə səbəb xaricdən ölkəyə xeyli sayda turistin gəlməsi və tətildən dönənlərin özləri ilə getdikləri ölkədə yoluxduqları hər hansısa virusu gətirmələridir.

Bu gün ölkədə əhalinin çox hissəsinin yoluxduğu xəstəlik hava və damcı yolu ilə keçən virusdur. Bu qədər kütləviləşməsinə səbəb isə yayılma ehtimalının yüksək olmasıdır.

Bu xəstəliyə daha çox immun sistemi və qanı aşağı olan, soyuqlayan və ac, yorğun, yuxusuz adamların yoluxma ehtimalı çox olur. Kütləvi yerlərdə olan insanlarda bu virusa yoluxma halları çox yüksəkdir. Bu cür virusların aktiv olduğu zamanlarda kütləvi yerlərdə mümkün qədər az olmaq lazımdır”.

Həkim-terapevt məsləhət görür ki, kəskin respirator infeksiya xəstəliyindən qorunmaq üçün immun sistemini möhkəmlədən qidalara üstünlük verilməli, vitaminli qidalar qəbul edilməlidir:

"Qanı az adamların belə viruslara yoluxma ehtimal çox olduğuna görə, qan artıran qidara üstünlük verilməlidir. Mümkün qədər ac və yuxusuz qalmayın. Çünki xəstəlik ac və yorğun insana daha tez yoluxur. Əlləri tez-tez yumaq, öskürən və asqıran zaman ağzı tutmaq lazımdır. Tibbi maskalardan mümkün qədər çox istifadə edilsə, yaxşı olar”.

Yoluxma halı artıq baş veribsə, həkim-terapevt məsləhət görür ki, dərman qəbul etməzdən öncə çoxlu maye qəbul edilməlidir:

"Xüsusilə zəncəfilli, limonlu, nanəli çay qəbul edilməlidir. Zoğal, gicitkən, malina kimi bitkilərin mürəbbələrindən tez-tez istifadə etsələr, daha yaxşı olar. Bizim əhali adi qızdırma və öskürəkdə belə antibiotiklərdən istifadə etməyə üstülük verir. Ancaq bundan ümumiyyətlə qaçmaq lazımdır. Qrip, respirator infeksiyalarında antibiotiklərdən istifadə edilməməlidir. Həmin infeksiya angina, bronxit və plevmaniya kimi kəskin fəsadlar verərsə, o zaman həkim məsləhəti ilə antibiotiklərə müraciət etmək olar”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024