Xəzər Xəbər

Metro istifadəçilərin nəzərinə: 50 manat məbləğində cərimələnə bilərsiz

Cəmiyyət | 16:22 • 8 Oktyabr 2017
Metro istifadəçilərin nəzərinə:

İctimai nəqliyyatda qaydaları pozan hər bir kəsə qarşı cərimə tədbiq olunur. Bu qayda metro istifadəçilərinə aiddir. Bəs, metroda hansı hərəkətimizə görə bizi cərimə gözləyir?

XəzərXəbər xəbər verir ki, hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirir ki, cərimələrin miqdarı qadağan edilən hərəkətə görə dəyişir:

1. Stansiyaların vestibül, keçid, platforma, eskalator və vaqonların salonunu zibilləyən, yaxud həmin obyektlərin üzərində hər hansı yazı yazan şəxsləri on beş manat cərimə gözləyir.

2. Məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olan, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə edən şəxsləri də on beş manat cərimə gözləyir.

3. Eskalatorda sürahinin üstünə əşya qoyan şəxsləri iyirmi manat cərimə gözləyir.

4. Dəmir yoluna hər hansı əşya atan şəxs otuz manat cərimə edilir.

5. Eskalatorun sürahisini çıxardan, zərurət olmadan "Stop" açarından istifadə edən, stansiyaların vestibüll, keçid və platformalarında, vaqonlarda siqaret çəkən, qatarın hərəkəti zamanı vaqonun qapılarını açan, qatarın yola düşməsini ləngidən şəxslər 50 manat cərimə olunur.

6.Həmçinin, özbaşına dəmir yoluna düşən, metropolitenin işçiləri üçün nəzərdə tutulan ərazilərə daxil olan, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə edən şəxsləri də 50 manat cərimə gözləyir".

Odur ki, metroda cərimələnmək istəmirsinizsə, təhlükəsizlik qaydalarına əməl etməlisiniz.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024