Xəzər Xəbər

Azərbaycanda İİV-ə homoseksual yolla yoluxanların sayı artıb

Cəmiyyət | 15:15 • 5 Oktyabr 2017
Azərbaycanda İİV-ə homoseksual yolla yoluxanların sayı artıb

Son 3 ildə Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) homoseksual yolla yoluxanların sayı artıb.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İİV-ə yoluxanların 1,8 faizi bu infeksiyaya homoseksual yolla yoluxub.

N.Zülfüqarov bildirib ki, 2008-ci ildən etibarən ölkədə İİV-ə yoluxmaya görə risq qrupları müəyyən olunub. Onlar homoseksuallar, kommersiya seks işçiləri, məhbuslar və inyeksiyon narkotik istifadəçiləridir.

N.Zülfüqarov əlavə edib ki, əgər hər hansı qrup üzrə infeksiya faizi 5-dən yüksəkdirsə, onlar risk qrupları hesab olunur:

"Hazırda homoseksuallar arasında yoluxma yolu çox olmasa da, onlar risq qrupuna daxildir. Onlar müxtəlif yaş qruplarında, sosial statusda olurlar. Bizi maraqlandıran əsas məsələlərdən biri onların ailəli olub-olmamasıdır. Ailəli şəxsdə İİV virusu varsa, bu, onun həyat yoldaşına, həyat yoldaşından isə onların izdivacından dünyaya gələcək körpəyə keçir”.

N.Zülfüqarov qeyd edib ki, buna görə də hazırda homoseksuallar arasında ölkədə zərərin azaldılıması layihəsi, könüllü məsləhət-müayinə tədbirləri həyata keçirilir.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024