Xəzər Xəbər

Yumurtanın sarısının orqanizm üçün faydaları Bunlara diqqət

Cəmiyyət | 15:37 • 24 Sentyabr 2017
Yumurtanın sarısının orqanizm üçün faydaları

Yaxın illərə qədər yumurta sarısının, tərkibindəki yüksək xolesterol səbəbilə sağlamlığa zərərli olduğu deyilsə də, son dövrlərdə qidalanmada xolesterolun, infarkt və iflic təhlükəsini artıran qanın tərkibindəki xolesterol səviyyəsindən fərqli ölçüsünün olması müəyyənləşib.

Aparılan araşdırma, yeyilən yumurtanın qandakı ümumi xolesterola təsir etmədiyini göstərib. Son illərdə aparılan başqa araşdırmaya görə isə yumurta yemək, ürəyi qoruyan və müsbət xolesterol olan HDL səviyyəsini artırır.

Sağlamlığınıza müsbət təsir edən bir çox qidalar var. Yumurtanın sarısı da uzun müddət B vitamini ailəsinin bir üzvü kimi təsnifatlandırılan xolin vitamini (D vitamini) baxımından zəngindir.

Yaddaş vitamini kimi də tanınan xolin, nevroloji funksiyaların yerinə yetirilməsində və iltihabın azalmasında mühüm rola malikdir.

Bundan başqa, hamilə qadınlar yumurtanın sarısını yedikləri təqdirdə, bunun körpənin beyin inkişafına müsbət təsir etdiyi isbat edilib. Xolin baxımından zəngin olan qidalanmanın digər faydası da sevinc hissi yaratmasıdır.

Tərkibində xolin olan yeməklərdən istifadə etmək, serotonin, dopamin və nevroadrenalin kimi sevinc hormonunun yaranmasına kömək edir.

Həmçinin, yumurtanın sarısında lutein və zeaksantin adlı iki karotenoid var. Bunlar sizin gözlərinizi zəifləmədən qoruyur. Bununla yanaşı, yumurtanın tərkibində olan kükürd, B vitamininin sorulmasından qaraciyərin funksiyasına qədər hər şey üçün lazımi qida mənbəyidir.

Kükürd kollagən və keratin ifrazı üçün də çox əhəmiyyətlidir. Bunlar isə saçlarınızın parlaq olmasına, güclü dırnaqlara və parıltılı dəriyə malik olmağınıza kömək edir.

Yumurta sarısının sağlamlığınıza olan faydası yumurtanın ağına kölgə salmamalıdır. Aşağı kalorili, az yağlı olan yumurtanın ağı da yüksək protein mənbəyidir. Yumurta protein keyfiyyəti üçün qızıl standartdır. Çünki yumurtanın amin turşuları insanlar tərəfindən çox yaxşı həzm edilir.

Lakin yumurtanın sarısı faydalı qida olsa da, bunu məhdud sayda qəbul etməlisiniz. Mütəxəssislər həftədə 4 ədəddən artıq yumurta yeməməyi tövsiyə edirlər.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024