Xəzər Xəbər

Milli Məclisin simulyasiyası keçiriləcək

Cəmiyyət | 09:39 • 22 Sentyabr 2017
Milli Məclisin simulyasiyası keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə gənclərə siyasi analiz bacarıqlarını göstərməyə şans yaradacaq "Könüllülər Parlamenti Azərbaycan” layihəsinə növbəti dəfə start götürür.

XəzərXəbər xəbər verir ki, 4 gün ərzində Şamaxıda şəhərində baş tutacaq layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq öz siyasi analiz bacarıqlarını göstərmək üçün imkan qazanacaqlar.

Layihənin əsas məqsədi gəncliyin siyasi biliklərinin hərtərəfli inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdır.

Qeyd edək ki, "Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunacaqdır. Seçiləcək 80 nəfər gənc Milli Məclisin simulyasiyasının 4 günlük sessiyalarında iştirak etmək üçün Şamaxı şəhərinə səfər edəcəklər. Eyni zamanda gənclər layihənin gedişi zamanı yalnız simulyasiya ilə kifayətlənməyəcək, müxtəlif sosial aksiyalarda iştirak edəcəklər.

Layihəyə seçiləcək şəxslər 6-8 oktyabr tarixlərində siyasi analitiklər, politoloqlar və millət vəkilləri tərəfindən qoyulmuş mövzularla bağlı xüsusi təlimlərə qatılacaqlar.

Təlimlərdən sonra 10 oktyabrda iştirakçılar öyəndikləri mövzuları yetərincə mənimsədiklərini nümayiş etdirmək üçün yazılı formada onlara təqdim olunmuş mövzuları öz subyektiv yanaşmalarına əsasən təqdim edəcəklər. Burada analiz qabiliyyətləri ilə seçiləcək şəxslər Şamaxı şəhərində baş tutacaq simulyasiyada iştirak hüququ qazanacaqlar.

"Könüllülər Parlamenti Azərbaycan” layihəsinin iştirakçısı olmaq istəyən gənclər aşağıdakı keçiddən qeydiyyatdan keçə bilərlər.

Link: https://goo.gl/c4mpLv

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024