Xəzər Xəbər

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi niyə gecikir? Rəsmi açıqlama

Cəmiyyət | 09:39 • 21 Sentyabr 2017
Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi niyə gecikir?

Xəbər verildiyi kimi, sentyabr ayının 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib.

Qeyd edildiyi kimi, alimin Azərbaycanda dəfn olunması arzuna müvafiq olaraq, onun nəşi vətənə gətiriləcək. Bununla bağlı, sənədləşmə və hazırlıq işləri aparılır.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzərTAc-a verilən məlumata görə, görkəmli alimin nəşinin Azərbaycana gətirilməsi ilə məşğul olan şirkət hazırlıq tədbirlərini davam etdirir.

"Alimin nəşinin gətirilməsi üçün peşəkar daşınma şirkəti tərəfindən xüsusi soyuducu konteyner hazırlanmaqdadır. Bu daşınmanın bütün yüksək standartlara cavab verməsi üçün hazırlıqlar müəyyən qədər vaxt aparır. Daşınma şirkəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ilə daim əlaqədədir və hazırlıq işləri bitəndən və konteyner tam hazır olandan sonra, mətbuata məlumat veriləcək".

Qeyd edək ki, Lütfi Zadənin nəşi təyyarə ilə San Fransisko şəhərindən Azərbaycana yola salınacaq. San Fransiskodan Bakıya birbaşa reys olmadığına görə, daşınma bir neçə gün çəkəcək.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024