Bakı Nəqliyyat Agentliyi müntəzəm
sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında
qoyduğu tələblərin mövcud vəzəyyətini yoxlamaq məqsədi ilə
monitorinqləri davam etdirir.
Agentlikdən
XəzərXəbər-ə verilən məlumata görə, son 10 gün ərzində keçirilən növbəti
monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına
yol verən daşıyıcı və sürücülər müəyyənləşib.
Məlumat üçün qeyd edək ki, 173 nömrəli marşrut xətti üzrə 10-TF-819
Dövlət Qeydiyyat Nişanlı, 186 nömrəli marşrut xətti üzrə 10-TL-375
Dövlət Qeydiyyat Nişanlı, 139 nömrəli marşrut xətti üzrə 99-JM-781
Dövlət Qeydiyyat Nişanlı avtobusların texniki baxımdan qoyulan tələblərə
cavab verməməsi, istismara yarasız vəziyyətdə olması aşkar edilib.
Qeyd edilən nəqliyyat vasitələri xətdən kənarlaşdırılıb, əsaslı təmir olunması üçün daşıyıcıya xəbərdarlıq olunub.
Bakı
Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir
tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat
vasitələrini texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü
bazasını formalaşdırmayan daşıyıcılar ictimai nəqliyyat şəbəkəsindən
kənarlaşdırılacaq və Agentlik öz səlahiyyətləri çərçivəsində ən sərt
tədbirlərin görülməsini davam etdirəcək.