Xəzər Xəbər

Azərbaycanın 5 ən gözəl piknik zonası

Cəmiyyət | 14:41 • 12 Avqust 2017
Azərbaycanın 5 ən gözəl piknik zonası

Elə dövrlər olur ki, bir sabah gözünü açırsan və səhər yeməyini sevdiklərinin əhatəsində, təbiət qoynunda yemək istəyirsən. Gözlərini yumub suyun şırıltısından, quşların səsindən, təbiətin gözəlliyindən həzz almaq istəyirsən.

Ailənizlə birgə təbiətin qoynunda bir neçə saat etdiyiniz piknik həyatınızın ən gözəl anına çevrilir. Bəs görəsən, Azərbaycanda bir neçə saatımızı maraqlı keçirə biləcəyimiz, piknik zonaları varmı?

XəzərXəbər bildirir ki, inteneti açıb uzun-uzadı axtarışlar etməməyiniz üçünsəy-yah.comsizə Azərbaycanın piknik zonalarının siyahısını təqdim edir:

Qəçrəş, Quba

Qubanın Qəşrəş kəndi və onun ətrafı piknik üçün türklərin təbirincə desək çox müsaitdir. Yol kənarındakı meşələrdə saysız-hesabsız çardaqlar, yemək üçün masalar hətta manqal üçün gözəl şərait də var.

Qoşa şəlalə, Qusar

Təxminən 2000 metr yüksəklikdədir. Xüsusilə də yay aylarında bura istirahətə gələnlər üçün əvəzolunmaz piknik zonasıdır.

Mamırlı şəlalə, Qax

Ləkit-Kötüklü kəndində, sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan süzülən su buarada sıx mamır bitməsinə səbəb olub. Burda ağaclar elə sıx bitib ki, əraziyə gün düşmür. Şəlalənin ətrafı piknik cənnətidir. Burda hər zaman piknikçiləri görmək mümkündür.

Qaladüzü parkı , Zaqatala

Park 1947-ci ildə salınıb. Zaqatalalıların ən məşhur istirahət yeridir. Parkda bolluca çayxana və restoranlar var. İstəyən hər kəs piknik çantasını da götürü, burada vaxtını səmərəli keçirə bilər.

İstisu, Masallı

İlin hər fəslində gözəldir. Şəlalələri ilə daha da ecazkar görünür. Yayda bu şəlalələrin ətrafı çox sərin olduğu üçün insanlar bura piknik üçün gəlirlər.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024