Xəzər Xəbər

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət | 16:30 • 28 İyul 2017
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə qəbul imtahanlarının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının nəticələrini elan edib. DİM-dən xezerxeber.az-a verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

İmtahanda iştirakı gözlənilən  1725 abituriyentdən 22 nəfəri imtahanda iştirak etməyib.

Xəbər lenti