Xəzər Xəbər

Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir

Cəmiyyət | 16:24 • 26 May 2017
Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir
Bu ay ərzində müsəlmanlar vacib buyurulmuş oruc tuturlar.

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): "Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Hər gün üçün niyyət isə belə edilir: "Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

XəzərXəbər-in verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasənbu il Ramazan ayı Azərbaycanda miladi təqvimlə mayın 27-də başlayır.

Bildirək ki, Ramazan ayı müsəlman təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar vacib buyurulmuş oruc tuturlar.

XəzərXəbər-in kollektivi bütün İslam aləmini o cümlədən Azərbaycan xalqını Allahın rəhmət və bərəkət ayı – Ramazının başlanması münasibəti ilə təbrik edir, bu ayda edilən bütün duaları Allah dərgahında qəbul olunmasını diləyir.

Ramazan ayınız mübarək olsun!

Sabah İmsak vaxtı 03.19; Sübh azanı 03.34; Şam namazı 20.14

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar