74 il ömür yaşayırıq, ancaq bizə qalan uşaqlıq illəridir
İNFOQRAFİKA
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə Azərbaycanda orta
ömür müddəti 74 ilə bərabərdir. Hər bir insanın gün ərzində təxminən 8
saat yatdığını nəzərə alsaq, deməli ömrümüzün 1/3-ni - 24 il 6 ayını
yuxuda keçiririk. Təhsil aldığımız illərdə istirahət və bazar günləri
istisna olmaqla hər gün ən azı 6 saat sinif otaqlarında oluruq. Belə
olan halda oyaq olduğumuz illərin ən azı 22 min 500 saatını, yəni 2 il 6
ayını sinif otaqlarında keçiririk. Bunun 16 min 500 saatı 11 il təhsil
aldığımız orta məktəbin, 6 min saatı isə 4 il təhsil aldığımız
universitetin payına düşür. Hər gün əl-üzümüzü yumağa, dişlərimizi
fırçalamağa və yuyunmağa 20 dəqiq vaxt ayırsaq, deməli ömrümüzün 9 min
saatını və ya 1 ilini bu işlərə sərf edirik. Bundan başqa günümüzün ən
azı 1 saatını səhər, günorta və axşam yeməyinə ayırırıq. Bu da ömrümüzün
3 ili deməkdir. Həftədə 3 saatımızı alış-verişə sərf etsək, bu da
ömrümüzün 1 il 3 ayını əlimizdən alır.
Digər ev işləri - paltar yumaq və ütüləmək, yemək hazırlamaq, zibil
atmaq, ev təmir etmək kimi işlərə də orta hesabla gündə 1 saatdan az
vaxt sərf etmirik. Təbii ki, bu işləri də 20 yaşından sonra etməyə
başlayırıq. Deməli ömrümüzün 54 ilinin 2 il 4 ayını da ev işlərinə
ayırırıq. Həftənin ən azı 5 gününü evdən çıxıb harasa gedirik və
tıxacları da nəzərə alsaq bu zaman gününün ən azı 1 saatını şəxsi və
ictimai nəqliyyatda keçiririk. Nəticədə ömrümüzün 2 il 2 ayını yollarda
keçiririk. Bundan başqa televizora baxmaq, kitab və qəzet oxumaq,
telefonla danışmaq, internet və sosial şəbəkələr günümüzün ən azı 3
saatını əlimizdən alır. Bu da 9 ilə bərabərdir. Əgər iş həyatına 24
yaşından başlasaq və həftənin 5 günü ən azı 8 saat işləsək, deməli
ömrümüzün 11 il 8 ayını da işdə keçiririk.
Bütün bu illəri üst-üstə
gəldiyimiz zaman 57 il 10 ay edir. Yerdə qalan 16 ay 2 ilin də təxminən 3
il 2 ayını da toylarda, yaslarda, ad günlərində, xəstəxanalarda
keçiririk. Beləliklə bütün ömrümüzü 61 ilini yuxarıda sadalanan
məşğuliyyətlərə sərf edirik. Əlimizdə cəmi 13 ilimiz qalır ki, bununda
təxminən 6 ilini yaxınlarımızla birgə keçiriririk. Buraya ailəvi
gəzintilər, uşaqları təlim və tərbiyyəsi, valideyinlərə qayğı, qohumları
ziyarət etmək, dostlarla görüşmək və digərləri daxildir. Özümüzlə
baş-başa qala bilmək üçün cəmi 7 ilimiz qalır ki, bu da elə uşaqlıq
illəri deməkdir... (yeniavaz)