Xəzər Xəbər

Füzulidə evi qəzalı vəziyyətə düşən sakin çadırla təmin edilib VİDEO

Veb TV | 16:38 • 20 Aprel 2024
Füzulidə evi qəzalı vəziyyətə düşən sakin çadırla təmin edilib

Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonu, Birinci Qayıdış qəsəbə sakini İbəquliyev Saday Həbib oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Xezerxeber.az-ın xəbərinə görə, bununla əlaqədar FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən Birinci Qayıdış qəsəbə sakini S.İbəquliyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Xəbər lenti