Xəzər Xəbər

İdman tariximizdə YENİ UĞURLU SƏHİFƏ VİDEO

Veb TV | 20:20 • 14 Aprel 2024
İdman tariximizdə YENİ UĞURLU SƏHİFƏ

Azərbaycan idman tarixində İLK!

Basketbolçularımız Honq-Konqda tarix yazdılar. Azərbaycanın qadınlardan ibarət üçə-üç basketbol millimiz Olimpiadaya lisenziya qazandı. Bununla da ölkəmiz ilk dəfə komanda idman növündə Olimpiadada təmsil olunacaq.

Xezerxeber.az xəbər verir ki, komandamız Honq-Konqda təşkil olunan Olimpiya Təsnifat turnirinin qrupunda Çili və Monqolustanı məğlub etsə də, son matçda Niderlanda uduzub. Buna baxmayaraq basketbolçularımız təsnifat mərhələsinin yarımfinalına yüksəliblər. Yarımfinalda Macarıstana qalib gələn Azərbaycan seçməsi finalda Polşanı çətinliklə 18:17 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Bununla da, komandamız "Paris-2024" Yay Olimpiya Oyunlarına ilk dəfə vəsiqə qazanıb.

Hazırda Honq-Konqda olan Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov “Xəzər Xəbər”ə açıqlamasında təəssüratlarını bölüşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024