Xəzər Xəbər

Avtobus parkı yenilənən Bakıda köhnə olanların aqibəti necə olacaq? -ARAŞDIRMA VİDEO

Veb TV | 20:30 • 14 Aprel 2024
Avtobus parkı yenilənən Bakıda köhnə olanların aqibəti necə olacaq? -ARAŞDIRMA

Yaxın gələcəkdə Bakıda köhnə avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilməyəcək.

 Bəs köhnə avtobuslarla bağlı vəziyyət necə olacaq?

Tutumu az, oturacaqları sınıq-sökük, kondisioneri yox... Söhbət Bakı, Bakıətrafı kənd və qəsəbələrə işləyən köhnə avtobuslardan gedir...

Xezerxeber.az xəbər verir ki, belə avtobusların bəziləri istismara məhdud yararlıdır, çoxunun isə artıq istismar müddətini başa vurmaqda olduğu bildirilir. Bu avtobusları idarə edən sürücülər heç özləri də neçənci ilin nəqliyyat vasitəsini idarə etdiklərini bilmirlər.

Paytaxt sakinləri də köhnə avtobusların yeniləri ilə əvəzlənməsini istəyirlər. Bəzi sərnişinlər ümumiyyətlə, belə avtobuslara minmədiklərini deyir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev qeyd edir ki, marşrut avtobusları ilə bağlı bölgələrdə vəziyyət ümumiyyətlə qanedici deyil.

Ekspertin sözlərinə görə, taksilərə tətbiq olunan yeni qaydaları avtobuslara da tətbiq etmək lazımdır.

Məsələ ilə bağlı sözügedən daşıyıcı şirkətlərin də fikrini öyrənməyə çalışsaq da onlar bu mövzuda danışmaq istəmədilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024