Xəzər Xəbər

Bayramı rayonda keçirənlər avtovağzallardan paytaxta bilet tapa bilibmi? VİDEO

Veb TV | 20:10 • 14 Aprel 2024
Bayramı rayonda keçirənlər avtovağzallardan paytaxta bilet tapa bilibmi?

Bayram tətilinin sonuncu günü rayon avtovağzallarında canlanma müşahidə olunub.

Xezerxeber.az-ın xəbərinə görə, Şəki avtovağzalında Ramazan bayramı tətilinin son günü daha çox Bakı, Gəncə, Sumqayıt istiqamətində intensivlik müşahidə olunub.

Bakı istiqamətində yola düşənlər biletləri onlayn və adi qaydada əldə etdiklərini bildiriblər.

Paytaxta tələbat daha çox olduğundan səhər saatlarından əlavə avtobuslar cəlb edilib.

Lənkəran avtovağzalında da aktivlik müşahidə olunub. Bakıya getmək istəyənlər səhər saatlarından avtovağzala üz tutublar.

Bununla yanaşı, Astara-Bakı istiqamətində hərəkət edən avtobuslar da Lənkəran avtovağzalına maneəsiz daxil olaraq sərnişin yığıblar.

Ramazan bayramı tətilinin son günündə Gəncə Beynəlxalq Avtovağzalında canlanma müşahidə olunub.

Sərnişinlərin problem yaşamaması üçün avtovağzalda ehtiyat tədbirləri də görülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024