Xəzər Xəbər

Övladının səhhətində problem davam etsə də pensiyası kəsildi - Ana ŞİKATƏTÇİDİR VİDEO

Veb TV | 21:05 • 13 Aprel 2024
Övladının səhhətində problem davam etsə də pensiyası kəsildi - Ana ŞİKATƏTÇİDİR

Nitq və görmə qabiliyyətində problem olan uşağa əqli gerilik diqanozu qoyularaq müavinət verilib. Bir müddət sonra əliliyə  görə verilən müavinət kəsilib.

Xezerxeber.az xəbər verir ki,  10 yaşlı Hüseyn Məmmədli illərdir ki, səhətində olan problemlərlərdən əziyyət çəkir. Ona təyin edilmiş əllillik dərəcəsinə uyğun olaraq  müavinət almağa başlayıb.

Daha sonra isə ailə ünvanlı sosial yardım almağa başlayıb. Sosial yardım 2020-ci ilin iyulunda sənədlərdə saxtalıq olduğu və vətəndaşın adına pay torpağın olması səbəbi ilə dayandırılıb. Bundan əlavə, Hüseyn Məmmədliyə  təyin olunan müavinət da dayandırılıb.

Lakin bir il sonra o yenidən müavinət almağa başlasa da, həmin ödəniş  bu ilin yanvarında kəsilib.

İmişlinin qaralar kənd sakini Zülfiyyə Ağayevanın sözlərinə görə övladının yoxlanışı zamanı onun tam sağlam olduğu bildirilib. Ana isə sağlamlığı yerində olmayan uşağına görə müavinət verilməsini istəyir. Artıq 4 ay olar ki, onlara təyin olunan müavinət dayandırılıb.

Məsələyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyindən münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024