Xəzər Xəbər

Ucar sakinləri bu səbəbdən əkin sahələrini SUVARA BİLMİR VİDEO

Veb TV | 21:11 • 13 Aprel 2024
Ucar sakinləri bu səbəbdən əkin sahələrini SUVARA BİLMİR

Su və drenaj  kanalları var ancaq onları vaxtı-vaxtında qazaraq təmizləyən yoxdur...Sakinlər isə çıxılmaz vəziyyətdə qalıb.

Xezerxeber.az xəbər verir ki, söhbət Ucar rayonunun Məlikballı kəndindən gedir.  Kənd daxilində drenaj  kanalları qazılıb təmizlənmədiyi  üçün qrunt suları həyətlərə dolur. Bu isə öz növbəsində sakinlərin işini çətinləşdirib.

Sakinlərin sözlərinə görə, kənd ərazisində olan suvarma kanalları da qazılmır. Bunun nəticəsi olaraq onlar əkin sahələrini suvara bilmirlər. Bu da məhsuldarlığın həddindən çox aşağı olması ilə nəticələnir.

Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri idarəsindən “Xəzər Xəbər”ə bildirdilər ki, sözü gedən kəndə ərazisində olan daşıyıcı su kanalları bizim balansımızdadır. Onlarda mövsümü olaraq qazılaraq lildən təmizlənir. Kənd daxilində olan kanallar isə  yerli bələdiyyənin balansında olduğu üçündə bu işləri də onlar  həyata keçirtməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024