Xəzər Xəbər

Şəmkir kartofu bazarlarda niyə baha satılır? VİDEO

Veb TV | 20:55 • 13 Aprel 2024
Şəmkir kartofu bazarlarda niyə baha satılır?

1 kilosu 3, 4, hətta 5 manata təklif olunur...

Xezerxeber.az xəbər verir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu 3 manata, bəziləri isə 5 manata satışa çıxarır.

Alıcılar isə kartof alan zaman onun hansı bölgədən gətirildiyinə önəm vermədiklərini bildirdilər.

Satıcılar bu kartofların becərilməsində kimyəvi preparatlardan istifadə edilmədiyi üçün digər kartoflara nisbətən baha satıldığını deyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024