Xəzər Xəbər

Cumhuriyyətin qurucuları erməni daşnaklarının xain terrorunun qurbanı olublar VİDEO

Veb TV | 21:10 • 28 May 2023
Cumhuriyyətin qurucuları erməni daşnaklarının xain terrorunun qurbanı olublar

Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları Fətəli xan Xoyski və Həsən bəy Ağayev 1920-ci ildə Tbilisidə erməni daşnaklarının planladığı xain terror aktının qurbanı olub.

“Xəzər Xəbər”ə müsahibə verən gürcü tarixçi Qiya Qabrijidze həm Həsən bəy Ağayev, həm də Fətəli xan Xoyskinin Azərbaycanla yanaşı, Gürcüstanda da tanınmış dövlət xadimləri olduğunu deyir.

Tarixçi, politoloq Simon Kopadze isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının Tbilisidə qətlə yetirilməsinin təfərrüatlarından danışıb.

Qeyd edək ki, Tbilisidə Azərbaycanın görkəmli dövlət xadimlərinin dəfn olunduğu panteonda böyük ədiblər - Mirzə Fətəli Axundov və onun ailə üzvləri, eləcə də Mirzə Şəfi Vazehin də məzarları mövcuddur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti