Xəzər Xəbər

Şərqin ilk demokratik Cumhuriyyəti belə qurulmuşdu... VİDEO

Veb TV | 21:00 • 28 May 2023
Şərqin ilk demokratik Cumhuriyyəti belə qurulmuşdu...

Bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.

1918-ci ilin bu günündə Məmmədəmin Rəsulzadənin rəhbərliyi ilə şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cumhuriyyəti quruldu. Müstəqilliyə gedən yolun təməli “bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı ilə qoyulub.

Həmin dövrdə müstəqilliyimiz 23 ay davam etsə də, mühüm siyasi qərarlar verildi, bütün dövlət atributları təsdiqləndi, müstəqil Azərbaycanın ilk-müasir dövlətçilik ənənələri formalaşdı.

1920-ci ildə müstəqilliyini itirən Azərbaycan 70 il sonra-1991-ci ildə yenidən azadlığa qovuşdu. Amma bu dəfə də müstəqilliyi qorumağın asan olmayacağı görünürdü. Çünki ölkədə siyasi hərc-mərclik  höküm sürürdü.

Politoloq Məmhəmməd Əsadullazadə deyir ki, siyasi səriştəsizilik ölkədə xaotik vəziyyət yaratmışdı.

"Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək ölkəni bu bəlalardan qurtardı."

Politoloq vurğulayıb ki, bundan sonra azərbaycanın müstəqilliyini heç kim sarsıda bilməyəcək. Çünki vətən müharibəsində xalq, Ali Baş Momandan və Ordunun ətrafında sıx birləşərək bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirdi.

Politoloq qeyd edib ki, Ümumilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev azərbaycanı gündən-günə daha da inkişaf etdirir, gücləndirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti