Xəzər Xəbər

Ağlaya-ağlaya gəldilər... İndi isə gülə-gülə doğma torpağa yola düşürlər... VİDEO

Veb TV | 21:30 • 28 May 2023
Ağlaya-ağlaya gəldilər... İndi isə gülə-gülə doğma torpağa yola düşürlər...

Dünən 20 ailənin Laçın şəhərinə köçməsi prosesi lentə alınıb. 

Xezerxeber.az xəbər verir ki, ilkin mərhələdə köçürülən, Bakı və Sumqayıt şəhərlərində yaşayan laçınlılar xüsusi ayrılan avtomobillərə yüklərini yığıb, yola çıxacaqları anı səbrsizliklə gözləyirdilər.

Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları, indi isə tamilə yenilənən evlərdə məskunlaşacaqlar.

“Özlərinin də dediyi kim. Ağlaya-ağlaya gəlmişdilər, indi gülə-gülə öz doğma yurd-yuvalarına-Laçına qayıdırlar.”

Laçına ilk olaraq 97 nəfər köçürülüb.

Köç prosesi zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov köçürülən ailələrin məşğulluq məsələlərinə diqqət çəkib.

Qeyd edək ki, dövlət proqramına əsasən 2023-cü ildə ümumilikdə 1800 ailənin işğaldan azad edilən ərazilərə köçü nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar