Xəzər Xəbər

Kosmonavt Beynəlxalq Kosmik Stansiyadan Qroznının şəklini çəkib

Maraqlı | 10:19 • 20 Yanvar 2024
Kosmonavt Beynəlxalq Kosmik Stansiyadan Qroznının şəklini çəkib

TASS informasiya agentliyinin xüsusi müxbiri, “Roskosmos”un kosmonavtlar dəstəsinin komandiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən Qroznının gecə görüntüsünü çəkib.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, O.Kononenko bu barədə açıqlama verib.

“Qroznı şəhəri böyüyür, inkişaf edir. 2019-cu ildə mən dördüncü kosmik uçuşum zamanı peyk əlaqəsi vasitəsilə Çeçenistanın başçısı Ramzan Əhməd oğlu Kadırovla ünsiyyət qurdum və Qroznının şəklini ona bağışladım. Bu gün şəhərin necə dəyişdiyi, daha da böyüməsi və gözəlləşməsi aşkar görünür”, - deyə o qeyd edib.

Xüsusi müxbir daha əvvəl Saratov, Orenburq və Moskvanın fotolarını da paylaşmışdı.

Xəbər lenti