Xəzər Xəbər

Dubayda dünyanın ən böyük rubik kubu tikilib

Maraqlı | 09:47 • 28 Dekabr 2023
Dubayda dünyanın ən böyük rubik kubu tikilib

Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil müəssisələrinin, peşə akademiyalarının və təlim mərkəzlərinin yerləşdiyi azad zonanın mərkəzi olan “Dubai Knowledge Park”ı 20 illik yubileyi münasibətilə dünyanın ən böyük Rubik kubunu tikib.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Dubaydakı bu nəhəng heykəltaraşlıq nümunəsi Ginnesin Rekordlar Kitabına düşüb. İnanılmaz instalyasiya hər birinin hündürlüyü təxminən bir metr olan 21 şüşə-lif kubdan ibarətdir. Tikilinin çəkisi 300 kiloqramdan çoxdur.

Açıldığı gündən - 2003-cü ildən “Dubai Knowledge Park”da 170-dən çox ölkədən istedadlı tələbələrin təhsil aldığı 700-dən çox yerli, regional və beynəlxalq təhsil müəssisəsi fəaliyyət göstərir.

2022-2023-cü illərdə Birləşmiş Ərəb Əmirlikləri 123 dünya rekordu qırıb, onlardan 12-si 2024-cü ilin Ginnesin Rekordlar Kitabına daxil edilib.

İlk rekord pilotsuz uçuş aparatlarının vasitəsilə yaradılan “Ən böyük QR kod”dur. Üç mindən çox dron gecə səmasını işıqlandırıb və inanılmaz dərəcədə möhtəşəm mənzərə yaradıb.

Xəbər lenti