Xəzər Xəbər

Ev tikmək istəyənlərin DİQQƏTİNƏ: Qiymətlər bahalaşdı

İqtisadiyyat | 14:39 • 6 Sentyabr 2022
Ev tikmək istəyənlərin DİQQƏTİNƏ: Qiymətlər bahalaşdı

Ötən bir ayla müqayisədə yerli və idxal olunan tikinti mateiallarının qiymətlərinın qiyməti artıb. 

Artım daha çox qum, sement, kərpic və hamam aksesuarlarında özünü göstərir. Qiymətlərin baha olması alıcı sayına da təsir edib. Ekspertlər tikinti materialların baha olmasını Rusiya və Ukrayna arasında müharibənin hazırda davam etməsi ilə izah edirlər. Çünki tikinti materiallarına aid xammal əsasən Rusiyadan idxal olunur.

Mövzu ilə bağlı yerli kanala danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bankların daxili ipotekaya getməsi və müəyyən şərtlərlə ipoteka həcmlərini artırması daşınmaz əmlaka yönəlik vəsaitlərin həcminin yuxarı səviyyədə olması sektorda canlanma yaradır: 

“Təbii olaraq bu canlanma da xammal resurslarını tələb edir. Buna olan tələbdən dolayı və daxili istehsalın bu potensialı ödəməyə qadir olmaması nəticə etibarilə inflyasiyanı 15 faizədək çatdırıb”. 

Ekspertlər hesab edir ki, tikinti materiallarının qiymətindəki artımlar növbəti ilin aprel ayınadək davam edə bilər. /Cebhe.info

Xəbər lenti